“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək

18:39 - 14 May 2022

“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.

Manşet.az “report”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra bildirib.

Onun sözlərinə görə, G7-nin XİN başçıları Ukrayana lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.

Qeyd edək ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin