“Müharibənin ilk saatlarından Türkiyə bizim yanımızda idi” - Prezident

17:01 - 14 May 2022

“Müharibənin ilk saatlarından Türkiyə bizim yanımızda idi” - Prezident

“Biz hər zaman bir yerdəyik, xoş günlərdə də, çətin günlərdə də. İkinci Qarabağ Müharibəsi bunu bir daha bütün dünyaya göstərdi. İlk saatlardan müharibənin son gününə qədər mənim qardaşım bizim yanımızda idi. Qardaş Türkiyə xalqı bizim yanımızda idi”.

 

Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında deyib.

“İkinci Qarabağ Müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq. Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnılz deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu.

Müharibənin son dəqiqəsinə qədər – Şuşa şəhərinə bayrağımız sancılana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”, - Prezident qeyd edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin