Bakıdakı mitinqlə bağlı DİN-dən - Açıqlama

16:37 - 14 May 2022

Bakıdakı mitinqlə bağlı DİN-dən - Açıqlama

Bu gün günorta saatlarında Bakıda bir qrup şəxs aksiya keçirib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən olaraq bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:

“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə bir sıra ictimai fəallar mayın 14-də Bakıda etiraz aksiyası keçiriləcəyinə dair məlumatlar paylaşırdı.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin