300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
23:54 - 18 İyul 2021
Yaponiyanın Kanadzava şəhərində keçirilən hərraca "Roma yaqutu"("Ruby Roman") növündən olan bir salxım üzüm rekord qiymətə - 1,4 milyon yenə (təxminən 21 min manata) satılıb.
Manset.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
"Roma yaqutu"nu Tayvanda Yapon supermarketlər şəbəkəsinin sahibi əldə edib.
Məlumat üçün qeyd edək ki, "Ruby Roman" üzümü dünyanın ən bahalı sortu hesab edilir.
Bu üzüm yaponiyalı seleksioner tərəfindən 1994-cü ildə becərilsə də, ilk dəfə 2008-ci ildə satışa çıxarılıb. Bu sort stolüstü tennis toplarından azacıq kiçik, qırmızımtıl, şirəli və çox şirin giləmeyvələri ilə fərqlənir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin