<

Faktiki hava açıqlandı

14:57 - 14 May 2022 - CƏMİYYƏT

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Milli Hidrimeteorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən, yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək.

Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.

Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.


Loading...

Xəbər xətti

25 May 2022