<

Rusiya Finlandiyadan belə intiqam aldı

14:16 - 14 May 2022 - DÜNYA

Finlandiya operatoru Rusiyanın Finlandiyaya elektrik enerjisinin verilməsini dayandırdığını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiyanın şəbəkə operatorunun rəsmisi Timo Kaukonenin sözlərinə görə, “RAO Nordic” enerji şirkəti təchizatı kəsməklə hədələdikdən sonra Rusiya bir gecədə Finlandiyaya elektrik enerjisi tədarükünü dayandırıb.

Helsinki Moskvanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzvlük üçün müraciətini elan etməyə hazırlaşdığı bir vaxtda “RAO Nordic” cümə günü ödənişlərlə bağlı problemləri əsas gətirərək təchizatı dayandıracağını açıqlayıb.

Timo Kaukonen tədarükün "gecə yarısından bəri sıfır olduğunu" söyləyib.
 


Loading...

Xəbər xətti

25 May 2022