Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürdü

10:09 - 13 İyun 2021

Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürdü

Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin