<

İkinci Qarabağ müharibəsi göstərdi ki... - Ərdoğan

13:13 - 14 May 2022 - SİYASƏT

Rəqəmsal faşizm bu gün milyardlarla insanın doğru və qərəzsiz xəbər almaq hüququnu əngəlləyən təhlükəyə çevrilib.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısına göndərdiyi videomesajda deyib.

O bildirib ki, media sosial şəbəkələrdəki dezinformasiya ilə mübarizədə həyati əhəmiyyət kəsb edir:

“İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtan alovu bizə həm bu məsələnin vacibliyini xatırlatdı, həm də güclərimizi birləşdirməyin bizim üçün nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb. Çap mediasından tutmuş, sosial şəbəkələrə qədər bir çox sahədə 44 gün ərzində şiddətli mübarizə aparılıb”.


Loading...

Xəbər xətti

25 May 2022