Putinin xərçəng olması ilə bağlı səs yazısı yayıldı

12:37 - 14 May 2022

Putinin xərçəng olması ilə bağlı səs yazısı yayıldı

Səs yazısında bir-biri ilə danışan iki rus oliqarxı Putinin qan xərçəngi olduğundan danışıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qərb sərmayədarı tərəfindən ələ keçirildiyi və “New Lines” jurnalına göndərildiyi deyilən səs yazısında bir-biri ilə danışan iki rus oliqarxdan birinin Putinin qan xərçəngi olduğunu dediyi eşidilir.

Səs yazısında yüksək rütbəli oliqarx deyir ki, Putinin Kovidlə bağlı gördüyü tədbirlər və onu ziyarət edən insanları oturtduğu uzun masalar onun əməliyyat olunduğu və müalicə prosesində olduğu anlamına gəlir.

Kremllə yaxın əlaqələri olan və gizlilik üçün “Yuri” adlandırılan oliqarx iddia edib ki, Putinin əziyyət çəkdiyi güman edilən bir sıra sağlamlıq problemləri onun qan xərçəngi ilə bağlıdır. 

Putini Ukrayna müharibəsinə görə açıq şəkildə qınayan oliqarx “Biz hamımız Putinin xərçəngdən və ya ən yaxın qohumlarından aldığı zərbədən öləcəyinə ümid edirik” deyib.
 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin