Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək

12:14 - 14 May 2022

Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

 

Milli Məclisdən Manset.az-a verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin