Ukrayna yardım üçün Türkiyəyə üz tutdu – “Rusiyanın vasitəçiliyi ilə…”

11:44 - 14 May 2022

Ukrayna yardım üçün Türkiyəyə üz tutdu – “Rusiyanın vasitəçiliyi ilə…”

"Türkiyə Rusiyanın mühasirəsində olan Azovstal Dəmir-Polad Zavodunda əsgərlərin xilas edilməsində vasitəçi rolunu oynayacaq".

Manset.az Sfera.az-a istinadən xəbər verir ki bunu Ukrayna baş nazirinin qaçqınlar üzrə müavini İrina Vereşçuk bildirib. 

O, Türkiyənin Rusiya ilə vasitəçi olacağını qeyd edib:

"Türkiyə dəmir-polad fabrikində qalmağa davam edən minə yaxın əsgərimiz üçün Rusiya tərəfi ilə vasitəçi olmağa razılaşıb. Ukrayna zavoddan təkcə yaralı əsgərləri deyil, bütün ordu heyətini təhlükəsiz şəkildə təxliyə etməyə çalışır. Türkiyənin vasitəçiliyi ilə biz Azovstaldakı əsgərlərimizin müqabilində əsir götürülmüş rus əsgərlərini Rusiya tərəfi ilə dəyişməyə hazırıq”. 

Xatırladaq ki, ötən həftə BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Qırmızı Xaç təşkilatı Mariupol şəhərində Rusiya qüvvələri tərəfindən dağıdılan Azovstal fabrikinə sığınan mülki əhalinin xilas edilməsi üçün humanitar dəhliz açıb. 5-7 may tarixləri arasında həyata keçirilən təxliyə nəticəsində 400 mülki vətəndaşın həyatını xilas etmək mümkün olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin