Bu ölkədə zəlzələ oldu - Ölən və xəsarət alanlar var

08:26 - 14 May 2022

Bu ölkədə zəlzələ oldu - Ölən və xəsarət alanlar var

Peruda baş verən zəlzələ nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə İnstitutunun rəhbərlərindən biri Migel Yamasaki RPP radiostansiyasına müsahibəsində bildirib.

Milli Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələnin gücü 5,5 bal olub.

Onun mənbəyi 49 km dərinlikdə, ocağı isə Kanyete əyalətinin Çilka şəhərindən 30 km qərbdə yerləşib.

Paytaxt Lima da daxil olmaqla, bir neçə binaya ziyan dəyib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin