Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub - Ukrayna DİN

07:55 - 14 May 2022

Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub - Ukrayna DİN

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Ümumkrayna telemarafonunun efirində deyib.

Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.

“Bir mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar - əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər", - Andrusiv deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin