Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO

23:40 - 13 May 2022

Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO

“Chrome” brauzeri Rusiyadan olan istifadəçilər üçün “Android” əməliyyat sistemində yeniləməni dayandırıb.

Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, istifadəçilər problemlər barədə mayın 9-dan məlumat verirlər. Onlar “Google Chrome” brauzerini və digər proqramlarda veb səhifələrin göstərilməsinə cavabdeh olan “Android System WebView” sistem komponentini yeniləyə bilmirlər.

Cihazlarda “Tətbiqi yükləmək mümkün deyil” mesajı görünür.

“Google” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edilir ki, “Apple” kompüterləri və cihazları üçün “Chrome” həmişəki kimi yenilənir.

Xatırladaq ki, mayın 6-da “Google Play” Rusiyada tərtibatçılara ödənişli proqramları yükləməyi və yeniləməyi qadağan edib. Bundan əvvəl - mart ayında isə “Play Store”da alış və abunəlik ödənişləri dayandırılmışdı.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin