Rusiya Ukraynanın şimalında sərhədlərinin təhlükəsizliyini gücləndirir

21:28 - 13 May 2022

Rusiya Ukraynanın şimalında sərhədlərinin təhlükəsizliyini gücləndirir

Rusiya Ukraynanın şimalında - Bryansk və Kursk vilayətlərində sərhəd təhlükəsizliyini gücləndirir.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.

Bundan əlavə bildirilir ki,, Rusiya ərazisindən Sumı vilayətində mülki obyektlər artilleriyadan atəşə tutulubb və Tolstodubovo yaşayış məntəqəsinə hava zərbəsi endirilib. 

“Biz əsas səylərimizi Brest və Qomel vilayətlərində dövlət sərhədinin mühafizəsinə yönəltmişik. Eyni zamanda, Belarus ərazisindən Ukraynanın infrastruktur obyektlərinə raket və bomba zərbələri endirilməsi təhlükəsi qalmaqdadır”, - deyə məlumatda bildirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin