Ermənistanda zəlzələ OLDU

20:38 - 13 May 2022

Ermənistanda zəlzələ OLDU

Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, saat 18:57-də ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Qeqarkunik rayonunun Şorja kəndindən 2 kilometr aralıda zəlzələ qeydə alıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib, yeraltı təkanların gücü 3 bal olub.

Zəlzələ Çəmbərək və Şorjada 2-3 bal gücündə hiss olunub.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin