Şoyqu ABŞ müdafiə naziri ilə müzakirə APARDI

19:58 - 13 May 2022

Şoyqu ABŞ müdafiə naziri ilə müzakirə APARDI

ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Manşet.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", Pentaqon sözçüsü bildirib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin