“Arvadım "Tik-Tok”da tanış olduğu kişi ilə görüşdüyü üçün öldürdüm" - Bakıda DƏHŞƏTLİ QƏTL

19:34 - 13 May 2022

“Arvadım

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun məhkəmə ifadəsi məlum olub.

Manşet.az Pravda.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, mərhum Aliyə Məmmədova onun arvadı olub, onunla birgə nikahlarından iki uşağ var.

"Təxminən 2 il olardı ki, Aliyə ilə münasibətlərimiz soyuqlaşdı. Onun mənə qarşı soyuqluğunun nə üçün olduğunu bilmirdim. Aliyənin anası Yeganə öz ərinə xəyanət edib. Buna görə də arvadıma anası Yeganə ilə telefon vasitəsilə danışmağı qadağan etmişdim. Lakin Aliyəni evə gələndə bir neçə dəfə anası ilə telefonla danışanda gördüm. Evdə bir telefon vardı. Həmin telefondan da oğlum və arvadım istifadə edirdi. Mən Aliyənin başqa mobil telefon işlətməsindən şübhələndim. Lakin bu barədə dəqiq bir fikrim olmamışdır.

13 oktyabr 2021-ci il tarixdə evə gələn vaxt Aliyə yatağa nəsə qoydu və həmin an o, həyəcanlı idi. Mən arvadımdan onun nə olduğunu soruşdum. Aliyə əvvəl heç nə olmadığını söylədi. Lakin daha sonra telefon "adapter”i olduğunu, qardaşına aldığını dedi. Mən də Aliyəyə əsəbiləşərək onun üz nahiyəsinə şillə vurdum. Daha sonra evi axtarmağa başladım. Həmin vaxt Aliyə evdən çıxaraq qaçıb getdi. Arvadımın evdən çıxıb getməsi barədə onun atasına məlumat verdim və birlikdə polis idarəsinə getdik. Aliyə ora gəldikdən sonra barəmdə polis bölməsinə şikayət etdi. Bununla bağlı ora gedərək izahat verdim. Aliyə həmin vaxtdan atasının evinə gedərək orada yaşamağa başladı.

19 oktyabr 2021-ci il tarixdə Aliyənin atasının evinə getdim. Onu qardaşım Zamanın evinə apardım. Bir neçə gün orada qaldıq. 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Aliyəni götürüb onunla birlikdə əvvəl Sahil qəsəbəsində yerləşən məscidə getdik. Aliyə məsciddə olarkən bir daha anası ilə danışmayacağını deyərək and içdi. Daha sonra arvadıma evə gedərək əşyalarını yığmağı və bir müddətlik Sahil qəsəbəsindən getməyimizi dedim. Birlikdə yaşadığımız evə gəldik”.

Vilayət Məmmədov arvadını neçə öldürdüyündən də danışıb:

"Yenidən Aliyənin başqa telefonunun olduğundan və onun başqası ilə danışdığından şübhələndim. Belə ki, onun adına olan nömrədən çıxarış etdikdə internet mesajlarının olmasını gördüm. Aliyəni evdə qoyaraq yaxınlıqda yerləşən marketə getdim və oradan 3 ədəd sellofan paket aldım. Evə gələrkən dirəkdən sallanmış telefon məftilini qırıb götürərək əynimdə olan jaketin cibinə qoydum. Həmin vaxt Aliyəni qucaqladım, ona yaxşı arvad olmadığını və bundan sonra hər şeyin yaxşı olacağını dedim. Həyat yoldaşımdan mənə düzünü danışmasını istədim, başqa telefonunun olub-olmamasını soruşdum. Aliyə mənə telefonunun olduğunu və başqa kişiylə danışdığı bildirdi. Hmin vaxt evə gələrkən götürdüyüm telefon məftilini jaketinin cibindən götürərək iki əlimlə Aliyənin boynuna keçirdim və onu boğdum. Bundan sonra marketə gedib, siqaret aldıqdan sonra polis bölməsinə gedərək könüllü təslim oldum. Arvadımı xəyanət etdiyinə görə öldürdüm.

Bir daha qeyd edirəm ki, Aliyə başqa telefon işlədirdi, evdən qaçdıqdan sonra həmin telefonu da özü ilə aparmışdı. Elə bilirdim ki, Aliyə anası ilə telefonla danışır, lakin o, başqa şəxslə danışırdı. Mərhum münasibət qurduğu şəxs də onunla olan münasibətini etiraf etmişdi. Bildiyim qədərilə Aliyə mənə xəyanət etdiyi şəxslə "Tik-Tok”da tanış olub və həmin şəxslə evdə iki dəfə görüşüb. Əməlindən peşmanam”.

Qeyd edək ki, Vilayət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.  


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin