Bu ölkədə yüz minlərlə insan “naməlum qızdırma”dan əziyyət ÇƏKİR

18:56 - 13 May 2022

Bu ölkədə yüz minlərlə insan “naməlum qızdırma”dan əziyyət ÇƏKİR

KXDR-də aprelin sonunda qeydə alınan “naməlum qızdırma” epidemiyası 350 min insana təsir edib, onlardan 162 mini artıq müalicə olunub.

Manşet.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Şimali Koreya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, təkcə mayın 12-də ölkə üzrə 18 000 insana qızdırma diaqnozu qoyulub. Ümumiyyətlə, 187 000 insan karantinə alınıb.

Xatırladaq ki, bir gün əvvəl KXDR-də 18 mindən çox COVID-19 xəstəsinin aşkarlandığı, onlardan altısının öldüyü bildirilmişdi. Bununla əlaqədar olaraq ilk dəfə tibbi maskada görünən Şimali Koreya lideri Kim Çen In KXDR-də fövqəladə vəziyyətin yarandığını elan edib və hökumətə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün səviyyələrdə mükəmməl işləməyi əmr edib. Həmçinin o, ölkədə xəstəliyin yayıldığı mahal və şəhərlərin qapanmasını əmr edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin