Güclü leysan 370-dən çox aviareysi təxirə saldı

21:36 - 18 İyul 2021

Güclü leysan 370-dən çox aviareysi təxirə saldı

İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviareys ləğv edilib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saatda Şoudu beynəlxalq aeroportunda güclü yağışlarla əlaqədar 186 reys ləğv olunub, 130-a yaxın təyyarə isə  hava limanı tərəfindən ləngimələrlə yola salınıb və ya qəbul edilib. Həmçinin Çin paytaxtının digər aeroportu - Dasin 187 aviareysi ləğv etməyə məcbur olub, 120-dək reysi isə təxirə salıb.

Meteorologiya bürosunun məlumatına görə, son iki gündə Pekinin bütün rayonlarına azı 50-100 millimetr yağıntı düşüb. Bir sıra yerlərdə isə yağıntının miqdarı 200 millimetri ötüb. Müxtəlif rayonlarda yüzlərlə avtomobil, yeraltı qaraj və qurğular su altında qalıb.

Proqnozlara əsasən, yaxın iki gün ərzində Pekində yağışlar davam edəcək, amma xeyli zəifləyəcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin