COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:21 - 13 May 2022
Azərbaycanda onkoloji və dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslərə pensiya və ya sosial müavinət veriləcək.
Manset.az xəbər verir ki, bu parlamentin iclasında III oxunuşda müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin