​Ölmüş dölü bağ evinin həyətinə atan qadın saxlanıldı

12:07 - 13 May 2022

​Ölmüş dölü bağ evinin həyətinə atan qadın saxlanıldı

Bakının Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə atıb uzaqlaşan qadın saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən cavab olaraq bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 24-25 həftəlik döl A.Hüseynova məxsus həyətdə ölmüş halda tapılıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin