Bakıda yük maşınında əcnəbi vətəndaşın meyiti tapıldı

11:55 - 13 May 2022

Bakıda yük maşınında əcnəbi vətəndaşın meyiti tapıldı

Bakıda yük maşınında Gürcüstan vətəndaşının meyiti tapılıb.

 

Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Belə ki, “MAN” markalı ağırtonnajlı yük maşınının kabinəsində Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü Shaka Taduanın cəsədi aşkarlanıb.

İlkin baxış zamanı həmin şəxsin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölən şəxsin yük maşınının sürücüsü olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin