Nadir finalda neçənci çıxış edəcək? - AÇIQLAMA

10:40 - 13 May 2022

Nadir finalda neçənci çıxış edəcək? - AÇIQLAMA

Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Nadir Rüstəmlinin finaldakı çıxış sırası açıqlanıb.

 

Manset.az xəbər verir ki, o, mayın 14-də Turində keçiriləcək yarışmada səhnəyə 15-ci çıxacaq.

Qeyd edək ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək. Qalib teletamaşaçılar və peşəkar münsif heyətinin səsverməsi əsasında seçiləcək.

Bukmeykerlərin proqnozlarına əsasən, qalibiyyətə əsas favorit Ukraynadır. TOP-5-ə, həmçinin Böyük Britaniya, İsveç, İtaliya və İspaniya daxildir.  



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin