Sumqayıtda gənc qızı öldürdülər

10:22 - 13 May 2022

Sumqayıtda gənc qızı öldürdülər

Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Manset.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin