Tanınmış alim vəfat etdi - FOTO

10:15 - 13 May 2022

Tanınmış alim vəfat etdi - FOTO

Ali Attestasiya Komissiyasının üzvü, tanınmış alim Arif Quliyev vəfat edib.

 

Manset.az “Qafqazinfo”a istinadən xəbər verir ki, professor 88 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, əslən A.Quliyev 1934-cü ildə Aşqabad şəhərində anadan olub. O, 1978-ci ildə Moskvada SSRİ Elektro-Texnika Nazirliyinin "Kvant” Elmi-İsteh­salat Birliyində şöbə müdiri vəzifəsinə təyin edilib. Məxfi istehsalat sahəsində çalışıb, bir sıra ixtiralarına görə patent alıb.

Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifələrdə çalışıb. 1994-2003-cü illərdə Azərbaycan Aero-Kosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrini tutub. 2003-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun aparat rəhbəri vəzifələrində çalışıb.

Tanınmış alim vəfat etdi


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin