“O video bilərəkdən yayıldı” - NAZİR

10:10 - 13 May 2022

“O video bilərəkdən yayıldı” - NAZİR

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

 

Manset.az xəbər verir ki, o, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin