COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:00 - 13 May 2022
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün kiçik səhnə və Cıdır düzündə üç konsert təşkil olunacaq.
Saat 11:00-da kiçik səhnədə Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın “Trigaida” qrupu çıxış edəcəklər.
14:30-da isə Cıdır düzündəki böyük səhnədə Əməkdar artist xanəndə Qoçaq Əsgərov və tarzən Arslan Növrəslinin etno-caz qrupu, eləcə də “Cəngi” estrada folklor ansamblı tamaşaçılar qarşısına çıxacaqlar.
Saat 16:00-da isə yenidən kiçik səhnə musiqisevərləri toplayacaq. Burada “Colors of Pakistan” (Pakistan) və Özbəkistanın “Baxor” dövlət ansamblı çıxış edəcəklər.
Qeyd edək ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı dünən, mayın 12-də baş tutub. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olun festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin