Azərbaycanda DƏHŞƏT: Gənc qadın kirayə yaşadığı evdə öldürüldü

22:50 - 12 May 2022

Azərbaycanda DƏHŞƏT: Gənc qadın kirayə yaşadığı evdə öldürüldü

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

Manşet.az APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.

Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin tanışı olduğu və saxlanıldığı bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 25 yaşlı qız həmin mənzildə kirayə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin