Ağdam sakini hərbi sursat partlaması nəticəsində öldü - YENİLƏNDİ

17:31 - 12 May 2022

Ağdam sakini hərbi sursat partlaması nəticəsində öldü - YENİLƏNDİ

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağdam rayon prokurorluğundan Manset.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

17:10

Ağdamda çoban minaya düşdü.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib. Belə ki, rayon sakini qoyunları otararkən minaya düşüb.

Yaralanan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin