Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17 Noyabr 2024
10:41 - 12 May 2022
“Elə sənətçilər var ki, qazandığını işinə xərcləyir, eləsi də var ki, hər hansı arzusunu, problemini həll edir. O sənətçilərdənəm ki, nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram”.
Manset.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “10-da görüşək” proqramında deyib.
O, etdiklərinin doğru olduğunu düşündüyünü deyib: “Məndən sonra mirasım, tutaq ki, evim və sair, qızıma qalanlar ona yetər. Qalan şeylər, bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma yaşayan olacaq mahnılarım, kliplərim, filmlərim, konsertlərim. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək”.
A.Kazımova canlı əfsanə olması ilə bağlı suala isə belə reaksiya verib: “Vaxt keçdikcə, artıq görürlər. Çünki zaman hər şeyi göstərir, önə çıxarır. Bunu deyən insanlara minnətdaram. Əfsanələşmə deyəndə yəqin ki, bu yol oraya gedir. Yəqin ki, bizim əfsanə, dahi sənətkarlarımız da bu yolları belə keçiblər. Yəqin ki, mənim yolumda gedib "Əfsanə xanım"ın evinə çatar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin