Messinin bu paylaşımına 20 milyon layk gəldi - Ronaldonu geridə qoydu

15:03 - 18 İyul 2021

Messinin bu paylaşımına 20 milyon layk gəldi - Ronaldonu geridə qoydu

Lionel Messi futboldan kənar həyatında rekorda imza atıb.

Manset.az xəbər verir ki, onun Amerika kubokunu qazandıqdan sonra paylaşdığı şəkil İnstaqramda 20 milyondan çox izləyici tərəfindən bəyənilib. Bu göstərici ilə argentinalı Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Ronaldonun Maradonanın vəfatı münasibəti ilə rekord paylaşımına 19 milyon 800 min layk gəlmişdi.



Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin