"O, hotel pəncərəsindən Qənimətlər Parkına baxarkən stres keçirib" – Hikmət Hacıyev
21 Noyabr 2024
09:22 - 13 İyun 2021
Gəncə şəhərində 58 yaşlı kişinin ölümünə səbəb olan mübahisənin bəzi təfərrüatları məlum olub.
Manşet.az xəbər verir ki, şəhərin Bayan küçəsi 110 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Əlixan Cəfərov sərxoş qardaşı ilə mübahisə edib və o, vaxt yumruq və təpik zərbələri alıb. Bundan sonra Ə.Cəfərovun halı pisləşib və yerindəcə dünyasını dəyişib.
Mübahisə zamanı məhrumun övladları, Sərxan və Elxan da üz nahiyəsindən xəsarətlər alıb. Onlara da əmiləri tərəfindən xəsarət yetirildiyi bildirilir.
Qonşuların sözlərinə görə, qardaşlar arasında mübahisə mülk üstündə yaranıb. Onlar əvvəllər də mübahisə ediblər.
Ə.Cəfərovun ölüm səbəbini öyrənilməsi üçün meyti məhkəmə-tibb ekspertizasına təhvl verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
00:29
Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.
Manşet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Cəfərov yaxınları ilə yaranmış mübahisə zəminində yumruq zərbəsi alıb. Onun halı pisləşib və oradaca dünyasını dəyişib.
Hadisənin mülk üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin