Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
01:06 - 18 İyul 2021
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5 milyard 919,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilib.
Manset.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 68,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 469,0 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 610,3 milyon manatını və ya 61,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 938,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, büdcə vəsaitləri 19,1 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 7,3 faiz təşkil edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin