Mahir Emreli qol vurub penalti qaçırdı - "Legiya" uduzdu

00:23 - 18 İyul 2021

Mahir Emreli qol vurub penalti qaçırdı -

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

Manset.az-ın məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion "Legiya" ilə kubokun qalibi "Rakuv" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

10-cu dəqiqədə "Rakuv" Fran Tudorun qolu ilə önə keçib. "Legiya"nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Azərbaycan millisinin hücumçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin