Bakıda bu boru insanların həyatına təhlükə yaradır - FHN tədbir görmür (FOTOLAR+VİDEO)

15:23 - 7 May 2022

Bakıda bu boru insanların həyatına təhlükə yaradır - FHN tədbir görmür (FOTOLAR+VİDEO)

Bakıda yüzlərlə sakinin həyatı təhlükədədir.

Bu barədə Manset.az-a müarciət edən Sabunçu rayonunda yaşayan sakinlər məlumat veriblər.Onların sözlərinə görə, Zabrat qəsəbəsi Əmir Bağırov küçəsində yerləşən keçmiş mebel sexinin həyətində yerləşən hündür dəmir boru küləkli havada əsir.

Vətəndaşlar borunun evlərin üzərinə aşmasından çox narahatdırlar. Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də heç bir tədbir görülmür. Onlar Fövqəladə Hallar naziri, general-polkovnik

Kəmaləddin Heydərovdan borunun ərazidən götürülməsi üçün tapşırıq verməsini istəyirlər.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin