Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
09:09 - 13 İyun 2021
Koronavirus pandemiyası fonunda Səudiyyə Ərəbistanı bu il Məkkəyə gələcək zəvvarların sayının 60 min nəfərlə məhdudlaşdırılmasına qərar verib. Kəbə evini yalnız krallığın peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcək.
Manşet.az xəbər verir ki, yeni qaydalar barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə İşləri Nazirliyi tərəfindən elan edilib.
Qeyd olunur ki, ölkə hökuməti zəvvarların təhlükəsizliyi və sağlamlığına hər zaman böyük əhəmiyyət verir və bunu ən vacib prioriteti hesab edir. Bütün zəvvarlar 18-65 yaş arasında olmalı və heç xroniki xəstəlikləri olmamalıdır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında 460 mindən çox insan koronavirusa yoluxub, 7,5 min nəfərdən çox insan virusdan ölüb. 2020-ci ildə də Səudiyyə Ərəbistanı əcnəbi zəvvarların Həcc ziyarətinə getməsinə icazə verməmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin