Ötən həftə 143 hektar ərazi minalardan təmizləndi

21:07 - 17 İyul 2021

Ötən həftə 143 hektar ərazi minalardan təmizləndi

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Manset.az xəbər verir ki, ANAMA-dan  verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 143 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin