COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:40 - 6 May 2022
Rusiyanın “Admiral Makarov” freqatı Ukraynanın “Neptun” raketi ilə vurulub.
Manset.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləməsə də, bu gün Rusiyanın itkiləri ilə bağlı gündəlik hesabatında vurulan gəmilərin sayının 11 olduğunu qeyd edib. İndiyə kimi bu rəqəm 10 idi.
Ukraynanın "Dumskaya" nəşri Zmeynaya adası yaxınlığında Rusiyaya aid hərbi gəminin yandığını yazıb. Məlumata görə, yanğın gəmidəki "Burevestnik" tipli raketin partlaması nəticəsində baş verib.
"Rusiya təyyarələri indi Qara dənizin bu ərazisində dövrə vurur, Krımdan gəmiyə kömək üçün xilasedici gəmilər çıxıb", - nəşr bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin