Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
10:03 - 6 May 2022
Əməkdar artist Elza Seyidcahan yaranmış problemi ilə bağlı "Təsir dairəsi" verilişinə müraciət edib.
Manset.az xəbər verir ki, proqram zamanı sənətçi öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olduğunu deyib.
Yaşadığı mənzili banka girov qoyub kredit də götürə bilməməsi onu daha da çətin vəziyyətə salıb. Bu zaman Seyidcahan xalqdan və həmkarlarından ona kömək edilməsini xahiş edib.
Daha sonra onu çətin vəziyyətə salan adamların şirkətində çalışan prodüser Təranə Səmədova efirə gəlib. O, canlı yayım zamanı Elzanın icraçısı tərəfindən döyüldüyünü iddia edib. Təranə canlı yayımda üst geyimini çıxararq qolundakı zorakılıq izlərini nümayiş etdirib.
Səmədovanı studiyada görən Seyidcahan efiri tərk edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin