Elza Seyidcahan Təranə Səmədovanı döydürüb? - ŞOK İDDİA (VİDEO)

10:03 - 6 May 2022

Elza Seyidcahan Təranə Səmədovanı döydürüb? - ŞOK İDDİA (VİDEO)

Əməkdar artist Elza Seyidcahan yaranmış problemi ilə bağlı "Təsir dairəsi" verilişinə müraciət edib. 

 

Manset.az xəbər verir ki, proqram zamanı sənətçi öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olduğunu deyib.

Yaşadığı mənzili banka girov qoyub kredit də götürə bilməməsi onu daha da çətin vəziyyətə salıb. Bu zaman Seyidcahan xalqdan və həmkarlarından ona kömək edilməsini xahiş edib.

Daha sonra onu çətin vəziyyətə salan adamların şirkətində çalışan prodüser Təranə Səmədova efirə gəlib. O, canlı yayım zamanı Elzanın  icraçısı tərəfindən döyüldüyünü iddia edib. Təranə canlı yayımda üst geyimini çıxararq qolundakı zorakılıq izlərini nümayiş etdirib.

Səmədovanı studiyada görən Seyidcahan efiri tərk edib. 


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin