5 yaşlı uşağın döyülməsi hadisəsi nəzarətə götürüldü

18:18 - 17 İyul 2021

5 yaşlı uşağın döyülməsi hadisəsi nəzarətə götürüldü

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Manset.az xəbər verir ki, bu barədə Baş Prokuroluqdan  verilən məlumatda deyilir. 

Bildirilir ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, azyaşlının anası Səadət və anasının sevgilisi Kamran tərəfindən döyülməsi ilə bağlı məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın nənəsinin sözlərinə görə, hər iki şəxs narkotik istifadəçisidir.  


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin