Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi
3 Fevral 2025
15:22 - 17 İyul 2021
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Qara Nuru kəndində yerləşən “Komfort” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı 140 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 190 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın inzibatçısı İsmətəli Mirzəyev və toy sahibi Vidadi Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin