ADBTİA-da magistratura imtahanlarının online mərhələsi keçirildi - FOTO

21:37 - 16 İyul 2021

ADBTİA-da magistratura imtahanlarının online mərhələsi keçirildi - FOTO

16 iyul 2021-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədrisi ingilis dilində aparılan “İdman Jurnalistikası” proqramı üzrə 2021/2022-ci tədris ili üçün magistratura təhsil səviyyəsində qəbul imtahanının II mərhələsi onlayn müsahibə şəklində keçirilib.

Manset.az xəbər verir ki, Liverpool Universitetinin MBA (Futbol İndustriyası) proqramının məzunu, FIFA,  AFC və UEFA-nın eksperti, Manchester United, Barselona və Arsenal ilə əməkdaşlıq etmiş, Londonda yerləşən idman üzrə konsaltinq şirkətinin təsisçisi Daniyel Fletçer (Daniel Fletcher), ADBTİA-nın Tədris və elmi işlər üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Təhminə Tağı-zadə, strateji inkişaf, beynəlxalq əlaqələr və marketinq üzrə konsultantı Elnur Məmmədov və digərləri namizədlərin seçilməsində komissiya üzvləri kimi iştirak ediblər.



Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin