Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
11:03 - 3 May 2022
2022-ci ilin yanvar-mart aylarında Rusiyanı tərk edən vətəndaşların sayı kəskin artıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Sərhəd xidmətinin rəsmi statistika portalında (EMISS) dərc olunan məlumatda deyilir.
Hesabatdan aydın olur ki, ötən illə müqayisədə Azərbaycana gələn rusiyalıların sayı təxminən üç dəfə artıb. Belə ki, ötən ilin birinci rübündə bu göstərici 20 min nəfər idisə, cari ilin analoji dövründə bu rəqəm 56 mindir.
Həmçinin rusiyalıların Gürcüstana axını təxminən beş dəfə, Ermənistana isə üç dəfə artıb.
“Onların əksəriyyəti Putin rejimi və müharibə ilə razılaşmayan insanlardır”, - deyə “Channel in Georgia” “Telegram” kanalının müəllifi Nikolay Levşits bildirib.
Onun sözlərinə görə, mühacirlər arasında təhlükəsizlikləri ilə bağlı narahatlıq keçirən bir çox IT mütəxəssisləri var.
Xatırladaq ki, Rusiya turoperatorlarının məlumatına əsasən, Azərbaycan rusiyalı turistlərin bu il istirahət edə biləcəyi 12 ölkədən biri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin