300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
10:27 - 17 İyul 2021
Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.
Manset.az xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.
Bildirilib ki, xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib.
Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.
Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.
Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin