Quldurluq məqsədi ilə yaşlı qadının evinə girdi - Ancaq bir səhvi onu ələ verdi (VİDEO)

08:59 - 17 İyul 2021

Quldurluq məqsədi ilə yaşlı qadının evinə girdi - Ancaq bir səhvi onu ələ verdi (VİDEO)

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, yaşlı qadının evinə girirək pulunu və qızıllarını ələ keçirib. Qadın evinə gələn qulduru səsindən tanıyıb.

Manset.az xəbər verir ki, quldurluq məqsədi ilə yaşlı qadının evinə girdi. Ancaq bir səhvi onu ələ verdi.

Ağstafada yaşanan bu hadisədən sonra  qadın polisə müraciət edib. Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan Cəmilə Əliyevanın  evinə bir nəfərin qanunsuz olaraq daxil olduğunu, ev sahibini  əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək  10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvələr məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.

Pulun azlığını görən quldur qadının qızıllarına da göz dikib.

İlkin dindirilmə zamanı saxlanılan şəxs   bildirib ki, evə daxil olmazdan qabaq evi yandırmaq da istəyib. Şirzad Heydərov istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin