Berlin rus neftindən imtina edir - Belə olacaq

08:45 - 2 May 2022

Berlin rus neftindən imtina edir - Belə olacaq

Rəsmi Berlin Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün azaldılmasına hazırlaşmaq üçün bir neçə ay lazımdır.

 

 

Manset.az xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis deyib.

"Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin neft tədarükü üçün dogər mənbələrin müəyyən edilməsinə bir az vaxt lazımdır", - Kukis bildirib.

O qeyd edib ki, Berlin bir sıra neft şirkətləri, Avropa Komissiyası və Polşa hökuməti ilə danışıqlar aparır:

"Bu proses çətinliklərlə doludur, lakin Almaniya ilin sonundan gec olmayaraq bütün problemləri həll edəcək".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin