Azərbaycanlı iş adamı xəyanətdə günahlandırdığı keçmiş arvadına 186 milyon ödəyəcək

00:09 - 17 İyul 2021

Azərbaycanlı iş adamı xəyanətdə günahlandırdığı keçmiş arvadına 186 milyon ödəyəcək

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsi yekunlaşıb.

Manset.az
xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar (135 milyon funt sterlinq) təzminat ödəməyə razı olub.

Tatyana 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədər olan təzminatı nəğd və incəsənət əsərləri qismində qəbul edib.

Qərara əsasən, 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası "Luna" Fərhad Əhmədovda qalacaq.

Qeyd edək ki, Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə nikahından 2 oğlu, Anna Əhmədovadan isə bir oğlu, iki qızı var.

Fərhad Əhmədov açıqlamalarından birində ilk həyat yoldaşının ona oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini, 2000-ci ildə ondan boşandığını bildirmişdi.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin