Naxçıvan-Gəncə aviareysi açılır

12:58 - 29 Aprel 2022

Naxçıvan-Gəncə aviareysi açılır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.

 

AZAL-dan Manset.az-a verilən məlumata görə, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin